DÜNYA


İtaliyada bir sutkada 34 min yeni yoluxma halı qeydə alınıb

Roma, 17 noyabr, AZƏRTAC

İtaliyada koronavirusa yoluxanların sayı sürətlə artmaqda davam edir və noyabrın 15-də gündəlik yoluxma sayı 34 min nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bazar günü COVID-19 xəstəliyi ilə əlaqədar ölənlərin sayı 546 nəfərə bərabər olub. Bununla da pandemiya başlayandan indiyədək bu ölkədə ölüm hallarının sayı 45229 nəfərə çatıb.

Hazırda İtaliyada aktiv COVID-19 xəstələrinin sayı 712490 nəfərdir, onlarda 32047 nəfəri xəstəxanalarda müalicə alır. Reanimasiya şöbələrinə yerləşdirilən xəstələrin sayı isə 3422 nəfərə çatıb.

Noyabrın 15-dən etibarən İtaliyanın Toskana və Kampaniya regionları “qırmızı zona” elan edilib və bu regionların əhalisinə xüsusi hallar istisna olmaqla evlərini tərk etmək qadağandır.

Qeyd edilməlidir ki, Lombardiya, Pyemont, Aostatal, Kalabriya və Alto Adige regionları artıq “qırmızı zona”ya daxil edilmişdi. Bu isə ölkənin 60 milyon əhalisindən 26 milyonunun gündəlik həyatının sərt məhdudiyyətlər altına düşməsi deməkdir.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.