DÜNYA


İtaliyada buzlaq uçqununda itkin düşənlərin səkkizi sağ tapılıb

Roma, 6 iyul, AZƏRTAC

İtaliyada Marmolada zirvəsindəki buzlaq uçqununda itkin düşənlərin səkkizi sağ tapılıb.

AZƏRTAC xəbər verir ki, zirvədəki Punta Rokka buzlağından qopan böyük buz təbəqəsinin dağda olan alpinistlərin üzərinə çökməsi nəticəsində itkin düşmüş 13 nəfərdən səkkizi xilasedicilər tərəfindən uçqunun altında sağ çıxarılıb. Onların kimliyi açıqlanmayıb.

Hazırda itkin düşən 5 nəfərin axtarışı davam etdirilir. Axtarış-xilasetmə işlərinə helikopterlər, pilotsuz uçan aparatlar və xeyli sayda canlı qüvvə cəlb edilib.

Xatırladaq ki, iyulun 3-də Alp dağlarının İtaliya hissəsində buzlaq uçqunu baş verib. Hadisə nəticəsində 7 nəfər ölüb, onlardan üçünün şəxsiyyəti müəyyən edilib. Səkkiz yaralıdan biri evə buraxılıb, ikisinin vəziyyəti isə ağırdır. Hazırda 5 nəfər itkin düşüb ki, onların da hamısı italyandır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.