DÜNYA


İtaliyada daimi müqavilələr üzrə çalışan insanların sayında artım müşahidə olunub

Roma, 20 iyun, AZƏRTAC

İtaliyada bu ilin birinci rübündə daimi müqavilələr üzrə çalışan insanların sayı əvvəlki üç ay ilə müqayisədə artaraq 207 min nəfərə çatıb.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, ölkənin Əmək Nazirliyi, Statistika Agentliyi (ISTAT) və Pensiya və Sosial Təminat Agentliyi də (INPS) daxil olmaqla bir sıra dövlət orqanları tərəfindən açıqlanan rəqəmlərə əsasən, müvəqqəti müqavilələr üzrə çalışan insanların sayı 69 min nəfər azalıb.

İllik hesabatda daimi iş yerlərində çalışan insanların sayı 401 min nəfər artdığı halda, müvəqqəti iş yerində çalışan insanların sayının 24 min nəfər azaldığı göstərilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.