DÜNYA


İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı 15-ə yüksəlib

İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı 15-ə yüksəlib

Roma, 24 may, AZƏRTAC

İtaliyanın Emiliya-Romaniya regionunda leysan yağışlarından sonra baş vermiş sel və daşqınlar nəticəsində həlak olanların sayı 15-ə çatıb.

AZƏRTAC xəbər verir ki, axtarış-xilasetmə qrupları daşqınların ən çox ziyan vurduğu qəsəbədən biri olan Luqoda itkin düşmüş 68 yaşlı kişinin cəsədini tapıb.

Qeyd edək ki, bölgədə əlverişsiz hava şəraiti ilə bağlı yenidən qırmızı “Həyəcan” siqnalı elan olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.