DÜNYA


İtaliyada daşqınlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb

Roma, 6 noyabr, AZƏRTAC

İtaliyanın Siciliya adasının Kasteldaçça bölgəsində daşqınlar nəticəsində ölənlərin sayı 29 nəfərə çatıb.

Təbii fəlakət ölkədə ciddi problemlər yaratmaqda davam edir. Ölənlərin sayının daha da artacağı istisna olunmur.

Yerli hökumət qurumlarının məlumatına görə, ötən həftə güclü küləklər və yağışlar Venesiyada son on ilin ən dəhşətli daşqınlarına səbəb olub. Nəticədə şəhərin 75 faizi su altında qalıb. Veneto regionuna isə 1 milyard avrodan çox ziyan dəyib. Torpaq sürüşmələri kəndlərin şəhərlərlə əlaqəsini kəsib.

İtaliyanın Baş naziri Cüzeppe Konte mətbuat konfransında Siciliyada vəziyyətin çox pis olduğunu bildirib. O qeyd edib ki, zərər görmüş bölgələrdə fövqəladə vəziyyətin elan olunması ilə bağlı iclas keçirəcək.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.