İtaliyada dəmiryolçular tətil ediblər
AzerTAg.az

Roma, 10 sentyabr, AZƏRTAC
İtaliyada dəmir yolu işçiləri onlara qarşı zorakı hücumlara etiraz əlaməti olaraq tətil elan ediblər.
AZƏRTAC xəbər verir ki, 8 saatlıq tətil ölkə üzrə bütün qatarları əhatə edib. Bu səbəbdən istər uzun məsafəli, istərsə də qısa məsafəli çox sayda qatarların hərəkəti dayandırılıb. Bu, xüsusilə də Roma, Milan, Turin və Neapol kimi böyük şəhərlərdə nəqliyyatın hərəkətinə mənfi təsir göstərib.
Həmkarlar ittifaqları son aylarda dəmiryolçulara qarşı edilən hücumlardan sonra qatarlarda təhlükəsizliyin artırılmasını tələb ediblər.
Xatırladaq ki, sentyabrın 2-də Berqamo şəhərində qatar nəzarətçisi sərnişin tərəfindən fiziki təzyiqə məruz qalıb və xəstəxanaya yerləşdirilib.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xəbərin mətnində orfoqrafik səhv var