DÜNYA


İtaliyada dünyanın ən böyük balqabağı yetişdirilib

Bakı, 28 sentyabr, AZƏRTAC

İtaliyalı fermerlər Toskana şəhərində keçirilən balqabaq festivalında dünyanın ən böyük tərəvəzini nümayiş etdiriblər.

AZƏRTAC tədbirin təşkilatçısı “Lo Zuccone” assosiasiyasının “Facebook” səhifəsinə istinadla xəbər verir ki, çəkisi 1226 kiloqram olan balqabaq üç gün davam edəcək “Big Pumpkin Festival” bayramına gətirilib.

“İl Messaggero” qəzetinin məlumatına görə, bu ölçüdə balqabağı yetişdirmək üçün xüsusi genetik çarpaz tozlanmaya ehtiyac var. İndi tədbirin təşkilatçıları və ağır çəkili balqabağı yetişdirən fermerlər nailiyyətlərinin “Ginnesin” rekordlar kitabı tərəfindən təsdiqlənməsini gözləyirlər.

Qeyd edək ki, hazırkı dünya rekordu 2016-cı ildə 1190,5 kiloqramlıq balqabaq yetişdirən belçikalı fermer Matias Villeminsə məxsusdur.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.