DÜNYA


İtaliyada əlverişsiz hava şəraiti səbəbindən ölənlərin sayı 18 nəfərə çatıb

Roma, 5 noyabr, AZƏRTAC 

İtaliyada son bir həftə ərzində hökm sürən leysan yağışlar və güclü fırtına səbəbindən ölənlərin sayı 18 nəfərə çatıb.

AZƏRTAC İtaliyanın “thelocal.it” saytına istinadla xəbər verir ki, ölkənin Latsio, Kampaniya, Emiliya-Romanya, Veneto regionlarında, həmçinin bəzi əyalətlərdə leysan yağışlar və güclü küləklərlə müşayiət edilən əlverişsiz hava şəraiti hələ də hökm sürməkdədir.

Siciliyada daşqınlar səbəbindən bir çox yollar bağlanıb. Şəhər merləri məktəblərin, ictimai parkların, yeraltı piyada keçidlərinin bağlanması barədə göstəriş veriblər.

Ölkənin Veneto və Liquriya regionları təbii fəlakətdən daha çox ziyan çəkib. Genuya şəhəri yaxınlığında ölkənin məşhur kurort zonası sayılan Portofinoya yalnız dəniz yolu ilə getmək mümkün olub. Belə ki, balıqçı kəndinə gedən ana yolun çökməsindən sonra sakinlərin çıxışı üçün açılan qəza yolu da olduqca təhlükəli vəziyyətə gəlib.

Genuya regionun qubernatoru Covanni Toti bildirib ki, bölgəyə on milyonlarla avro məbləğində ziyan dəyib. Bu məbləğ yekun nəticədə yüz milyon avroya qədər yüksələ bilər.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.