DÜNYA


İtaliyada fövqəladə hal davam edəcək

Roma, 29 iyul, AZƏRTAC

İtaliyada fövqəladə hal oktyabrın 15-dək uzadılacaq. Bu barədə hökumətin rəhbəri Cüzeppe Konte iyulun 29-da keçirdiyi iclasda bildirib.

AZƏRTAC xəbər verir ki, Baş Nazir budəfəki uzatmanın əvvəlki qaydalarla olmayacağını deyib. O açıqlayıb ki, heç kim evinə qapadılmayacaq, amma virusla mübarizə hələ də davam etdiyi üçün bir sıra qaydalar yenidən sərtləşdirilə bilər.

İtaliyada koronavirusla bağlı iyulun 31-dək davam edəcək karantin rejimi ilkin alınmış tədbirlər üzrə davam etməyəcək. Hökumət açıqlamasında bildirilir ki, müddətin uzadılması İtaliyanın virusla mübarizədə zəif olmasını yox, pandemiyanın davam etməsi ilə əlaqədardır. Hazırda vəziyyət tam kontrol altındadır, buna sübut olaraq son bir neçə həftədə 200-ə yaxın yeni yoluxma faktının olması əsas kimi göstərilə bilər.

Fövqəladə hal yanvarın 31-də elan olunmuşdu. O zaman yerli əhali arasında yoluxma qeydə alınmasa da, artıq 2 çinli turistdə COVID əlamətləri aşkarlanmışdı. İtaliya pandemiyadan ən çox əziyyət çəkmiş ölkələrdən birincisidir. Bu günədək 246 min 500 yoluxma, 35 min 100 ölüm halı qeydə alınıb.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.