İDMAN


İtaliyada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub

Bakı, 26 iyun, AZƏRTAC

İtaliyanın paytaxtı Romada güləş üzrə Matteo Pellikone turnirinə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, sərbəst güləşçilərimiz reytinq turnirində 9 medal qazanıblar. Əliabbas Rzazadə (57 kq), Coşqun Əzimov (70 kq), Abubakr Abakarov (86 kq) və Osman Nurmaqomedov (92 kq) qızıl, Murad Yevloyevlə (70 kq) Turan Bayramov (74 kq) gümüş, Əli Rəhimzadə (65 kq), Hacı Əliyev (70 kq) və Xadjimurad Qadjiyev (74 kq) isə bürünc medal əldə edib.

Azərbaycan 159 xalla komanda hesabında 1-ci yeri tutub.

Gürcüstan 145 xalla 2-ci, Türkiyə isə 114 xalla 3-cü pillədə qərarlaşıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.