DÜNYA


İtaliyada hündürlükdən paraşütlə tullanan ingilis idmançı dünyasını dəyişib

Roma, 28 iyun, AZƏRTAC

İtaliyada yerli KİV-in məlumatına əsasən, ölkənin şimal şərqində yerləşən “Dolomiti” dağlarında hündürlükdən paraşütlə tullanan ingilis idmançı dünyasını dəyişib.

AZƏRTAC xəbər verir ki, 40 yaşlı Robert Haqqarti İtalyanın Aqordo əyalətində dəniz səviyyəsindən 2894 metr yüksəklikdə yerləşən hündürlükdən özünü aşağı atıb. İdmançının paraşütü açılsa da, müvazinətini itirdiyi üçün dağa çırpılaraq dünyasını dəyişib.

R.Haqqartinin 25 nəfərdən ibarət qrupla birgə səyahətə çıxarkən belə bir faciə ilə qarşılaşdığı bildirilir.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.