DÜNYA


İtaliyada ictimai nəqliyyatda qoruyucu maskadan istifadə tələbi ləğv edilir

Roma, 29 sentyabr, AZƏRTAC

Sentyabrın 30-dan etibarən İtaliyada COVID-19 pandemiyası ilə bağlı tətbiq edilən demək olar ki, bütün məhdudiyyətlər başa çatacaq.

AZƏRTAC xəbər verir ki, ölkədə bəzi yerlərdə və məkanlarda qoruyucu maskadan istifadə tələbi ləğv olunur. Artıq avtobuslarda, metroda və qatarlarda, eləcə də xəstəxanalarda və klinikalarında maska taxmaq lazım olmayacaq.

Oktyabrın 31-dən iş yerlərində temperaturun ölçülməsi və qapalı yerlərdə maskadan istifadə tələbi dayandırılır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.