DÜNYA


İtaliyada ilk dəfə dinozavr sürüsünün qalıqları aşkarlanıb

Roma, 5 dekabr, AZƏRTAC

İtaliyada ilk dəfə dinozavr sürüsünün qalıqları tapılıb.

AZƏRTAC xəbər verir ki, paleontoloqlar Triest şəhəri yaxınlığındakı Villaggio del Pescatoredə ölkədə indiyə qədər tapılmış ən böyük və bütöv formadakı dinozavr skeleti daxil olmaqla, “Bruno” adlandırılan dinozavr sürüsünün qalıqlarını aşkarlayıblar.

Bu barədə Boloniya Universitetinin alimlərinin koordinasiya etdiyi beynəlxalq tədqiqat qrupunun “Scientific Reports” jurnalında dərc olunan məqaləsində bildirilib. Boloniya Universitetinin kəşflə bağlı açıqlamasında aşkarlanan dinozavr skeletlərinin 80 milyon il əvvəl yaşamış “Tethyshadros insularis” növünə aid olduğu qeyd edilib.

Bundan başqa, həmin ərazidə balıq, timsah, dəniz sürünənləri və hətta kiçik xərçəngkimilərin qalıqlarının da olduğu bildirilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.