DÜNYA


İtaliyada indiyədək COVID-19-a qarşı 98,7 milyon doza peyvənd tətbiq edilib

Roma, 6 dekabr, AZƏRTAC

İtaliyada COVID-19 infeksiyasına qarşı aparılan vaksinasiya kampaniyası çərçivəsində bu vaxtadək 98 milyon 729 min 849 doza peyvənd vurulub.

AZƏRTAC xəbər verir ki, ötən il dekabrın 27-dən indiyədək olan dövrdə peyvəndlərini tamamlayanların sayı 45 milyon 779 min 881 nəfər təşkil edir. Təxminən 60 milyon nəfər əhalisi olan İtaliyada peyvənd edilənlərin 12 yaşdan yuxarı əhaliyə sayına nisbəti 84,7 faizə çatıb.

Oktyabrın əvvəlində 12 yaşdan yuxarı əhalinin 8,4 milyon nəfəri peyvənd olunmamışdı. Hazırda bu göstərici təxminən 6,3 milyon nəfərə enib.

Ölkədə sentyabrın 20-dən etibarən xərçəng xəstələri və immuniteti zəif olan şəxslərə üçüncü doza peyvənd vurulur. Bu vaxtadək 8 milyon 682 min 311 nəfərə əlavə peyvənd tətbiq olunub.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.