DÜNYA


İtaliyada inflyasiya son 31 ilin ən yüksək həddinə çatıb

İtaliyada inflyasiya son 31 ilin ən yüksək həddinə çatıb

Roma, 31 mart, AZƏRTAC

Mart ayında İtaliyada inflyasiya 6,7 faiz səviyyəsində olub.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, bu, 1991-ci ilin iyulundan bəri qeydə alınan ən yüksək göstəricidir. Martda istehlak qiymətləri indeksi aylıq müqayisədə 1,2 faiz artıb.

İtaliyada inflyasiya göstəricisində ardıcıl doqquzuncu aydır artım dinamikası müşahidə olunur.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.