İQTİSADİYYAT


İtaliyada konfransda Azərbaycanın enerji və nəqliyyat layihələrindən danışılıb VİDEO

Roma, 14 iyul, AZƏRTAC

Azərbaycanın İtaliyadakı səfəri Məmməd Əhmədzadə İtaliyanın Kalabria regionunun Soverato şəhərində Katanzaro Ticarət Palatası tərəfindən təşkil olunmuş “Cənub: Expo 2021 perspektivində iqtisadi və sosial-mədəni təsirlər” mövzusunda konfrans çərçivəsində keçirilən müzakirələrdə iştirak edib.

AZƏRTAC xəbər verir ki, müzakirələrdə Azərbaycan diplomatı Cənub Qaz Dəhlizi və onun tərkib hissəsi olan TAP layihəsinin əhəmiyyəti, bu layihənin İtaliyanın və ümumilikdə Avropanın enerji təhlükəsizliyi, bazarda qaz qiymətlərinin aşağı enməsi, ekoloji keçidin və daha təmiz enerji istehlakının təmin olunmasına verdiyi töhfələrdən danışıb.

Ölkəmizin nəqliyyat potensialı barədə də məlumat verən diplomat Qədim İpək yolunun bərpası və Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafında Azərbaycanın rolundan bəhs edib, bu xüsusda ölkəmizin həyata keçirdiyi regional dəmir yolları, avtomobil yolları layihələri, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və onun ərazisindəki Ələt Azad İqtisadi Zonası, habelə ölkəmizin nəqliyyat potensialının italyan şirkətləri üçün açdığı imkanlardan bəhs edib.

Səfir eləcə də Azərbaycan-İtaliya strateji tərəfdaşlığı, xüsusilə də iqtisadi sahədə mövcud əməkdaşlıqdan danışıb.

Konfransda Bakı Media Mərkəzinin istehsal etdiyi Azərbaycan haqqında videoçarx da nümayiş etdirilib.

Konfrans çərçivəsindəki müzakirələrdə İtaliyanın Cənub məsələləri üzrə dövlət katibi Dalila Nesci, Kalabria regionun prezidenti Nino Spirli, çoxsaylı italyan parlamentarları və İtaliyada akkreditə olunan diplomatlar, tanınmış iş adamları da iştirak ediblər.

Tədbir İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələrinin diqqətində olub.

Elgün Niftəli

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.