DÜNYA


İtaliyada koronavirus əleyhinə 137,5 milyon dozadan çox peyvənd tətbiq edilib

Roma, 23 may, AZƏRTAC

Bu vaxtadək İtaliyada COVID-19 infeksiyası əleyhinə 137,5 milyon dozadan çox peyvənd tətbiq olunub.

AZƏRTAC xəbər verir ki, 2020-ci il dekabrın 27-dən etibarən aparılan vaksinasiya kampaniyası çərçivəsində ölkədə indiyədək 137 milyon 515 min 332 doza peyvənd vurulub. Birinci doza peyvənd qəbul edənlərin sayı 49 milyon 389 min 207 nəfər (12 yaşdan yuxarı əhaliyə nisbəti 91,47 faizdir), peyvəndlərini tamamlayanların sayı 48 milyon 625 min 287 nəfərdir (peyvənd olunanların 12 yaşdan yuxarı əhaliyə nisbəti 90,06 faizdir).

Ötən il sentyabrın 20-dən etibarən isə ümumilikdə 39 milyon 513 min 791 doza əlavə peyvənd tətbiq edilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.