DÜNYA
İtaliyada koronavirusa qarşı peyvənd tibbi heyət üçün icbari ola bilər
Roma, 1 aprel, AZƏRTAC
İtaliyada Nazirlər Kabineti hazırda tibb işçilərinin koronavirusa qarşı icbari qaydada peyvənd olunmasına dair qanun layihəsi üzərində işləyir.
AZƏRTAC xəbər verir ki, peyvənd öhdəliyi tibb işçiləri ilə yanaşı müştərilərə xidmət göstərən əczaçılar və şəxsi qəbul yeri olan sahə həkimləri üçün də keçərli olacaq. Peyvənd öhdəliyindən yalnız orqanizmi peyvəndlərə qarşı həssas olan şəxslər azad ediləcək. Regionlar və muxtar əyalətlər tibbi heyət daxilində peyvənd olunmamış şəxslər barədə Səhiyyə Nazirliyinin mərkəzi reyestr sisteminə məlumat verməlidirlər. Qanun layihəsinin yaxın müddətdə parlamentə göndəriləcəyi gözlənilir.
Qeyd edilməlidir ki, hazırda gündəlik ölüm sayı 467 nəfərə çatan İtaliyada yeni yoluxma sayı da 23904 olub. Con Hopkins Universitetinin məlumat bankına əsasən, hər 100 min nəfər əhaliyə düşən ölüm sayına görə İtaliya dünyada dördüncü yerdə durur.
Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]