DÜNYA


İtaliyada koronavirusa yoluxma və ölüm halları azalır

Roma, 6 may, AZƏRTAC

Son həftələrdə İtaliyada COVID-19 infeksiyasına sutkalıq yoluxma və ölüm hallarında azalma müşahidə olunur.

AZƏRTAC xəbər verir ki, “Gimbe” Fondunun məlumatına görə, 27 aprel-3 may tarixlərini əhatə edən həftə ərzində ölkədə koronavirusa yoluxma 8,9 faiz, ölüm isə 7 faiz azalıb. Xəstəxanaya müraciətlərdə 6,1 faiz, reanimasiya yerləşdirilmədə 10,5 faiz azalma qeydə alınıb.

Qeyd edək ki, bu vaxtadək COVID-19-a 16 milyon 682 min 626 yoluxma faktının qeydə alındığı İtaliyada 164 min 179 nəfər virusun qurbanı olub. Hazırda ölkədə 1 milyon 165 min 124 aktiv koronavirus xəstəsi var ki, onlardan 369-u reanimasiya şöbəsindədir. İndiyədək 15 milyon 353 min 323 nəfər isə COVID-19 infeksiyasından müalicə olunaraq sağalıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.