DÜNYA


İtaliyada kriminal qrupun üzvü olan səkkiz nəfər saxlanılıb

Roma, 6 dekabr, AZƏRTAC

İtaliyanın Turin şəhərində polis Nigeriya kriminal qrupunun üzvü olmaqda şübhəli bilinən səkkiz nəfəri saxlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın daxili işlər naziri Matteo Salvini özünün “Twitter” səhifəsində məlumat verib.

Əməliyyat haqqında da məlumat verən nazir yazıb: “Bizim təhlükəsizlik qüvvələrimiz dünyanın ən yaxşılarındandır. Aparılan əməliyyatlar bunu bir daha təsdiq edir”.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.