DÜNYA


İtaliyada mafiya ilə əlaqədə şübhəli bilinən 30-dan şəxs həbs edilib

Bakı, 17 may, AZƏRTAC

İtaliyanın hüquq-mühafizə orqanları mafiya ilə əlaqəsi olmaqda şübhəli bilinən 31 nəfəri saxlayıb.

AZƏRTAC “Ansa” xəbər agentliyinə istinadən xəbər verir ki, saxlanılan şəxslər, həmçinin narkotik vasitələrin saxlanması və istehsalı, silah saxlama, hədə-qorxu ilə tələb etmə və digər cinayətlərdə ittiham olunurlar.

Qeyd edilir ki, 29 nəfər nəzarətə götürülüb, iki nəfər isə ev dustaqlığına buraxılıb. Əməliyyatlar Siciliyada, Kalabriyada, eləcə də ölkənin şimalında həyata keçirilib.

İstintaq cinayətkar qrupun 3 il əvvəl 16 min tibbi maskanın sonradan satılması üçün oğurlanmasında əli olduğunu müəyyən edib. Hüquq-mühafizə orqanları, həmçinin 80 kiloqrama yaxın narkotik maddə götürüblər. Müstəntiqlərin fikrincə, qara bazarda bu qədər miqdarda dərmanın qiyməti 8 milyon avrodan çoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.