DÜNYA


İtaliyada mafiyaya qarşı əməliyyat çərçivəsində 96 nəfər həbs olunub

Bakı, 26 aprel, AZƏRTAC

İtaliyanın cənubunda yerləşən Apuliya vilayətinin administrativ mərkəzi Bari şəhərində hüquq-mühafizə orqanları mütəşəkkil cinayətkarlıqla mübarizə üzrə miqyaslı əməliyyatın gedişində 96 nəfəri həbs edib.

AZƏRTAC yerli KİV-lərə istinadla xəbər verir ki, “Dumanlı burulğan” kod adı altında keçirilən əməliyyatda mafiya ilə mübarizə üzrə yerli idarə, həmçinin polis və karabinyerlərdən ibarət xüsusi dəstələr iştirak edib. Hüquq-mühafizə orqanlarının əsas zərbəsi Bari şəhərində və eyni adlı əyalətdə demək olar ki, bütün kriminal fəaliyyəti nəzarəti altında saxlayan güclü “Strişulyo” mafiya klanına qarşı yönəlib.

Əməliyyat nəticəsində 96 nəfər həbs olunub, üç nəfər isə ev dustaqlığı rejiminə salınıb. Onların hamısına mafiya fəaliyyəti, narkotik vasitələrin ticarəti, hədə-qorxu ilə pul tələb etmə, ağır bədən xəsarəti yetirmə, qanunsuz silah saxlama və gəzdirmə, həmçinin digər cinayətlərlə bağlı ittihamlar irəli sürülüb. Ümumilikdə isə həmin cinayət işi ilə əlaqədar 147 nəfər istintaqa cəlb olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.