DÜNYA


İtaliyada mafiyaya qarşı əməliyyat zamanı 70 nəfər həbs edilib

Roma, 6 noyabr, AZƏRTAC 

İtaliya polisi noyabrın 5-də mafiyaya qarşı keçirdiyi əməliyyat zamanı ölkənin dörd bölgəsində 70 nəfəri həbs edib.

AZƏRTAC xəbər verir ki, əməliyyatlarda Reggio Calabria, Milan və Catania da daxil olmaqla Turin əyaləti üzrə 400 polis iştirak edib.

Saxlanılan şəxslər beynəlxalq narkotik ticarəti ilə məşğul olmaqda günahlandırılır, onlardan 6 nəfəri də çirkli pulların yuyulmasında və qiymətli kağızların saxtalaşdırılmasında ittiham olunurlar. Əməliyyat çərçivəsində həbs olunanların daşınmaz əmlak, bank hesabları və şirkət səhmləri müsadirə edilib.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.