DÜNYA


İtaliyada məşğulluq rekord göstəriciyə çatıb

Roma, 2 avqust, AZƏRTAC

İyun ayında İtaliyada məşğulluq 60,1 faizə yüksəlib. Bu, 1977-ci ildən bəri qeydə alınan rekord göstəricidir.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliya Milli Statistika İnstitutu (ISTAT) məlumat yayıb. Bildirilib ki, hazırda ölkədə daimi işçilərin sayı 18,1 milyon nəfər təşkil edir. 2021-ci ilin iyun ayı ilə müqayisədə daimi işçilərin sayı 1,8 faiz (400 min nəfər) artıb. Ölkədə məşğul əhalinin sayı isə daimi işçilərin artımı səbəbindən yenidən 23 milyon nəfəri keçib.

İşsizlik nisbəti 8,1 faiz olmaqla sabit qalıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.