DÜNYA


İtaliyada oğul Breygelin saxta rəsm əsəri oğurlanıb

Bakı, 14 mart, AZƏRTAC

İtaliyanın Castelnuovo-Magra şəhərində (Liquriya vilayəti) yerləşən Müqəddəs Mariya Maqdalena kilsəsindən oğul Piter Breygelin burada saxlanan “Çarmıxa çəkilmə” adlı rəsm əsəri oğurlanıb.

AZƏRTAC TASS informasiya agentliyinə istinadla xəbər verir ki, martın 13-də iki qarətçi kilsəyə daxil olaraq rəsmin üzərini örtən şüşəni sındırıb və əsəri oğurlayaraq ağ rəngli “Peugeot” avtomobillə hadisə yerindən uzaqlaşıb.

Şəhər meri və məbədin baş keşişi əvəzolunmaz itki barədə danışmağa başlayıb. Lakin sonradan məlum olub ki, onlar istintaqın maraqları naminə yalan danışırmış. Belə ki, hələ bir ay bundan öncə hazırlanan qarət barədə informasiya daxil olduqdan sonra karabinyerlər əsl Breygeli saxtası ilə əvəzləyib və kilsədə videokameralar quraşdırıblar. Hazırda qarətçilər videogörüntünün köməyi ilə axtarılır.

Bir əsr bundan əvvəl yerli ailələrdən biri tərəfindən kilsəyə hədiyyə edilən rəsm əsərinin məbədə nə vaxt qaytarılacağı məlum deyil. “Çarmıxa çəkilmə” artıq 1981-ci ildə bir dəfə qarətçilərin əlinə keçmişdi. İkinci Dünya müharibəsi zamanı isə onu sənət əsərlərini Almaniyaya daşıyan nasistlərdən gizlətmək mümkün olmuşdu.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.