DÜNYA
İtaliyada ötən ildən indiyə kimi qripdən 52 ölüm halı qeydə alınıb
Roma, 9 fevral, AZƏRTAC
İtaliyada ötən il epidemiya yayılmağa başlayandan indiyə kimi qriplə bağlı 282 ağırlaşma və bundan 52 ölüm halı qeydə alınıb. Ölüm hadisəsinin 13-ü ötən həftə baş verib.
AZƏRTAC İtaliyanın “repubblica.it” saytına istinadla xəbər verir ki, bu barədə ölkənin Ali Səhiyyə İnstitutunun (ISS) “Influnet” epidemiya müşahidə şəbəkəsi məlumat verib.
Qriplə bağlı ağırlaşma və ölüm hallarının sayında əvvəlki həftələrlə müqayisədə ötən həftə artım baş verdiyi bildirilib. Qeyd edilib ki, qripə yoluxma halları həftə ərzində maksimum həddə - 832 minə çatıb.
ISS–nin məlumatına əsasən, qeydə alınan qriplə bağlı ağırlaşma hallarının təxminən 80%-i, ölüm hallarının isə 85%-i daha əvvəl mövcud olan xroniki xəstəliklə əlaqəli olub.
Asiman Əsədov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.04.2024 [19:06]
Gürcüstan və AİB arasında əməkdaşlığın perspektivləri müzakirə edilib
- 19.04.2024 [18:45]
Tbilisidə mitinqlər zamanı beş polis əməkdaşı yaralanıb
- 19.04.2024 [18:37]
İranın Parisdəki konsulluğuna girən şübhəli şəxs saxlanılıb
- 19.04.2024 [18:20]
Gürcüstanın müdafiə naziri ABŞ generalı ilə görüşüb
- 19.04.2024 [18:00]
“World Weather Attribution”: Qərbi Afrikanı görünməmiş istilər bürüyüb
- 19.04.2024 [17:59]
İsveçrədə “tarakanabənzər dron” hazırlanıb
- 19.04.2024 [17:55]
İranın Parisdəki konsulluğu polisdən müdaxilə tələb edib
- 19.04.2024 [17:22]