DÜNYA


İtaliyada prezident seçkilərinin beşinci turunda heç bir namizəd lazımi səs sayına çata bilməyib

Roma, 29 yanvar, AZƏRTAC

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün keçirilən prezident seçkilərinin beşinci turunda da heç bir namizəd ilk dörd turda olduğu kimi lazımi səs sayına çata bilməyib.

AZƏRTAC xəbər verir ki, “Böyük Seçki Məclisi”ndə keçirilən səsvermənin beşinci turunda Senatın sədri Maria Elisabetta Alberti Kaselatti 382, hazırkı Prezident Sercio Mattarella 46 səslə ən çox səs toplayıblar. Boş bülletenlərin sayı isə 406 olub.

Beləliklə, bu turda heç bir namizəd prezident seçilmək üçün səslərin yarıdan çoxunu, yəni, 505 səs yığa bilməyib.

Bu gündən etibarən səsvermə sutkada iki dəfə keçiriləcək. Növbəti səsvermə turu yerli vaxtla saat 17:00-da (Bakı vaxtı ilə 20:00) başlayacaq.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.