DÜNYA


İtaliyada prezident seçkilərinin ikinci turunda da heç bir namizəd lazımi səs sayına çata bilməyib

Roma, 26 yanvar, AZƏRTAC

İtaliyada keçirilən prezident seçkilərinin ikinci turunda da heç bir namizəd birinci turda olduğu kimi lazımi səs sayına çata bilməyib.

AZƏRTAC xəbər verir ki, “Böyük Seçki Məclisi”ndə keçirilən səsvermənin ikinci turunda yetərsay 673 olub. Səsvermədə 976 seçici iştirak edib. Hazırkı Prezident Sercio Mattarella və Paolo Maddalena 39 səslə ən çox səs toplayıblar. Çatışmayan səslərin sayı 126, boş bülletenlərin sayı isə 527 olub. 38 səs etibarsız sayılıb.

İtaliyanın 13-cü prezidentini müəyyən etmək üçün səsvermənin üçüncü turu yanvarın 26-da keçiriləcək.

Qeyd edək ki, İtaliyada prezident seçkiləri kifayət qədər səs toplanana qədər keçirilir. Səsvermənin ilk üç turunda səslərin üçdəikisini toplayan, dördüncü səsvermədən sonra isə səslərin yarıdan çoxunu alan şəxs prezident seçilir. Bu səsvermə sistemi tətbiq ediləndən bəri seçilmiş 12 prezidentdən yalnız ikisi ilk üç səsvermə turundan sonra seçilib. 1971-ci ildə İtaliyada ən uzun müddətə başa çatan prezident seçkilərində isə Covanni Leone 23 turdan sonra qalib gələ bilmişdi.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.