DÜNYA


İtaliyada qasırğa və daşqınlar tüğyan edir

Roma, 10 iyul, AZƏRTAC

İtaliyanın Livorno əyalətində qasırğa bir neçə sənaye müəssisəsinin damını uçurub, Piza şəhərinin cənubunda isə güclü tufan böyük daşqınlara səbəb olub.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, baza günü axşamdan başlayaraq İtaliyanın şimalında dolu ilə müşahidə edilən qasırğa tüğyan edib və şiddətli yağışlar yağıb.

Bu gündən etibarən isə ölkənin cənubunda və mərkəzində temperatur 10 dərəcəyədək aşağı enəcək.

Qeyd edək ki, iki həftə idi İtaliyada isti və bürkülü hava şəraiti hökm sürürdü.

“Coldiretti” şirkətinin məlumatına görə, bu yay İtaliya ərazisində ümumilikdə 117 dəfə ekstremal hava şəraiti müşahidə edilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.