DÜNYA


İtaliyada səhiyyə işçisi “saxta qolla” peyvənd olunmağa cəhd edib

Roma, 4 dekabr, AZƏRTAC

İtaliyanın şimalındakı Biella qəsəbəsində səhiyyə işçisi “saxta qolla” peyvənd olunmağa cəhd edib.

AZƏRTAC xəbər verir ki, peyvəndin əleyhinə olan 50 yaşlı diş həkimi vaksinasiya mərkəzinə gedərək lazımi sənədləri hazırlayıb. Ona peyvənd tətbiq etməyə hazırlaşan tibb bacısı kişinin qolunda dəri rənginin fərqli olduğunu görüb və ona peyvənd vurmayıb. Daha sonra məlum olub ki, həmin şəxsin silikondan hazırlanmış “saxta qolla” peyvənd olunmaq niyyəti olub.

Hadisədən sonra işdən çıxarılan diş həkimi barəsində dələduzluq faktı ilə polisə şikayət edilib.

Xatırladaq ki, hazırda İtaliyada peyvənd olunan, xəstəliyi keçirib immunitet qazanan və ya COVID-19 testinin nəticəsi mənfi olanlara vaksinasiya sertifikatı verilir. Lakin dekabrın 6-dan yanvarın 15-dək testdən keçmək bu sertifikatı əldə etmək üçün kifayət etməyəcək. “Super yaşıl keçid kartı” adlandırılan bu qaydalar çərçivəsində vaksinasiya sertifikatı yalnız peyvənd olunmuş və ya xəstəlikdən sağalmış şəxslərə veriləcək.

Qeyd edək ki, İtaliyada 12 yaşdan yuxarı əhalinin 87,5 faizi ən azı bir doza peyvənd olunub.

 

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.