DÜNYA


İtaliyada siyasi partiyalar Sercio Mattarellanın yenidən prezidentliyə namizədliyi ilə bağlı razılığa gəliblər

Roma, 29 yanvar, AZƏRTAC

İtaliyada iki böyük alyans - həm sağ-mərkəzçilər, həm də sol-mərkəzçilər hazırkı Prezident Sercio Mattarellanın yenidən prezidentliyə namizəd göstərilməsi ilə bağlı razılığa gəliblər.

AZƏRTAC xəbər verir ki, Baş nazir Mario Draqi Sercio Mattarellanın namizəd göstərilməsi qərarının ölkənin yaxşılığı və sabitliyi üçün qəbul edildiyini deyib.

Sabiq Baş nazir və “İrəli İtaliya” Partiyasının rəhbəri Silvio Berluskoni vurğulayıb ki, müxtəlif siyasi qüvvələr arasında birlik ancaq Sercio Mattarellanın ətrafında əldə edilir.

“Liqa” Partiyasının rəhbəri Matteo Salvini və “Beş Ulduz Hərəkatı”nın rəhbəri Cüzeppe Konte də Sercio Mattarellaya dəstək nümayiş etdiriblər.

Senatın üzvü olan 315 senator və 6 ömürlük senator, Nümayəndələr Palatasından isə 630 deputat və 20 inzibati rayondan 58 nümayəndədən ibarət 1009 üzvlü Böyük Seçki Məclisi prezident seçkilərində səsvermənin yeddinci turu üçün yanvarın 29-da yenidən toplaşıb.

Lakin Sercio Mattarella səsvermədə lazımi səs sayına çata bilməyib. O, 387 səs toplayıb. Boş bülletenlərin sayı isə 380 olub.

Qeyd edək ki, bu turda namizədlər səslərin yarıdan çoxunu, yəni, 505 səs yığmalı idilər.

Səsvermənin 8-ci turu bu gün axşam saatlarında keçiriləcək.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.