DÜNYA


İtaliyada siyasi partiyalar və ittifaqların yeni parlamentdə neçə yerlə təmsil olunacağı bəlli olub

Roma, 28 sentyabr, AZƏRTAC

İtaliyada sentyabrın 25-də keçirilən ümumi seçkilərdən sonra siyasi partiyalar və ittifaqların parlamentdə neçə yerlə təmsil olunacağı bəlli olub.

AZƏRTAC xəbər verir ki, Giorgia Meloninin rəhbərlik etdiyi ifrat sağçı “İtaliya Qardaşları” Partiyasının 26 faiz səslə qalib gəldiyi, “İtaliya Qardaşları”, “Liqa”, “İrəli İtaliya” və bəzi kiçik partiyalardan ibarət sağ mərkəzçi koalisiya səslərin 44 faizdən çoxunu topladığı və 19-cu qanunverici orqanın - parlamentin yuxarı palatası olan Senatın və aşağı palata - Nümayəndələr Palatasında mütləq çoxluğu əldə etdiyi seçkilərdən sonra parlamentdə yerlərin sayı formalaşmağa başlayıb. Belə ki, 200 yerlik Senatda sağ mərkəzçi koalisiya 112, sol ittifaq 39, heç bir koalisiyaya qoşulmadan seçkidə iştirak edən “Beş Ulduz Hərəkatı” 28, “Fəaliyyət” Partiyası ilə “Italia Viva”nın yaratdığı “Üçüncü Qütb” isə 9 yerə sahib olacaq.

Sağ mərkəzçi koalisiya 400 yerlik Nümayəndələr Palatasında 235 yerlə təmsil olunacaq, sol ittifaq 80 yerə, “5 Ulduz Hərəkatı” 51 və “Üçüncü Qütb” 21 yer əldə edəcək.

Yeni parlamentin ilk iclasının oktyabrın 13-də keçirilməsi gözlənilir. Parlamentin yuxarı və aşağı palatalarında keçiriləcək ilk iclaslarda Senata və Nümayəndələr Palatasına yeni sədrlər seçiləcək.

 
Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.