DÜNYA


İtaliyada son 10 ildə 60 mindən çox mağaza bağlanıb

Roma, 11 mart, AZƏRTAC

İtaliyada son 10 ildə 64 min ticarət obyektinin bağlanması və otel nömrələrinin, qonaq evlərinin strukturunun zəif və nizamsız inkişafı şəhərlərimizi yoxsullaşdırır. Şəhərlərimiz misli görülməmiş dərəcədə yenilənməlidir.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu sözləri İtaliyanın Ticarət İşçilərinin Milli Assosiasiyası “Confcommercio” təşkilatının sədri Karlo Sanqalli söyləyib.

Təşkilatın prezidenti əlavə edib ki, ölkədə 2008-ci ildən 2018-ci ilə qədər 10 il ərzində təxminən 63,826 dükanın bağlanması ilə 11,1 faiz azalma müşahidə edildiyi halda, 44,924 yeni otel, bar və restoran açılmaqla 15,1 faiz artım qeydə alınıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.