DÜNYA


İtaliyada son bir ildə daimi iş yerlərində çalışanların sayı azalıb

Roma, 3 noyabr, AZƏRTAC

Cari ilin sentyabrında İtaliyada daimi, müddətsiz müqavilələrlə işləyən insanların sayı 2017-ci ilin müvafiq dövrü ilə müqayisədə 184 min nəfər azalıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İtaliyanın Milli Statistika Agentliyi (İSTAT) məlumat yayıb.

Məlumatda bildirilir ki, sentyabr ayında müvəqqəti müqavilələr əsasında işləyən insanların sayı avqustla müqayisədə 27 min nəfər, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 368 min nəfər artıb.

Sərbəst çalışan vətəndaşların sayı avqust ayı ilə müqayisədə 16 min, 2017-ci ilin sentyabr ayı ilə müqayisədə isə 22 min nəfər artıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.