ELM VƏ TƏHSİL


İtaliyada təhsil alan tələbələr onlayn “Vikipediya” təlimlərində iştirak ediblər

Bakı, 26 may, AZƏRTAC 

Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamenti nəzdində “Vikipediya” qrupunun könüllüləri Rauf İsmayılov, Nərgiz Pənahlı, Vüsalə Axundova, Ümbül Xocayeva Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasının "Vikipediya" təlimlərində iştirak ediblər.

Mərkəzi Elmi Kitabxananın təlimçisi Fehruz Rzayev AZƏRTAC-a bildirilib ki, tələbələrin onlayn təlimlərə böyük maraqları var.

“Könüllərimiz “Vikipediya”nın italyan dil bölməsində məqalələrin zənginləşdirilməsi istiqamətində fəaliyyətlər göstərəcəklər. Könüllülərimizdən gözləntilərimiz çoxdur. Hamısı potensiallı gənclərimizdir”, - deyə Fehruz Rzayev qeyd edib.

Xatırladaq ki, Azərbaycan-İtaliya Gənclər Assosiasiyasının Sosial və elmi araşdırmalar departamenti nəzdində “Vikipediya” qrupu fəaliyyət göstərir. Qrup tərəfindən “Vikipediya”nın italyan dil bölməsində məqalələr yaradılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.