İtaliyada torpaq sürüşməsi nəticəsində səkkiz nəfər həlak olub
AzerTAg.az

Bakı, 26 noyabr, AZƏRTAC
İtaliyanın İskya adasında daşqın nəticəsində baş vermiş torpaq sürüşməsi azı 8 nəfərin ölümünə səbəb olub.
AZƏRTAC xəbər verir ki, bu barədə “La Repubblica” qəzeti İtaliya Baş nazirinin müavini, infrastruktur və nəqliyyat naziri Matteo Salviniyə istinadla məlumat yayıb.
Xilasetmə xidmətləri itkin düşənləri axtarır. Son məlumatlara görə, adada azı 10 bina dağılıb. Bu gün İtaliya hakimiyyəti dörd vilayətdə - Kampania, Molise, Lasio və Siciliyada güclü yağış və tufan səbəbindən narıncı hava xəbərdarlığı elan edib. Daha 11 regionda sarı xəbərdarlıq səviyyəsi elan olunub.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, noyabrın 25-də İskya adasına təxminən 120 millimetr yağıntı düşüb.
Xəbərin mətnində orfoqrafik səhv var