DÜNYA


İtaliyada uşaqlara birbaşa atanın soyadı verilməyəcək

İtaliyada uşaqlara birbaşa atanın soyadı verilməyəcək

Roma, 28 aprel, AZƏRTAC

İtaliyada uşaqların birbaşa atasının soyadını götürməsi praktikasına son qoyulub.

AZƏRTAC xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsi qərar qəbul edib.

Məhkəmə uşaqların birbaşa atanın soyadını götürməsi ilə bağlı bütün hüquqi tənzimləmələri qeyri-qanuni hesab edib. Belə ki, uşaqlara həm ananın, həm də atanın soyadının verilməsi ilə bağlı qərar qəbul olunub. Ailələr soyadların ardıcıllığı ilə bağlı razılığa gələ bilməsələr, buna hakim qərar verəcək. Valideynlər övladlarının yalnız bir soyad daşıması ilə bağlı razılaşa bilərlər.

İtaliya mətbuatı bunu “tarixi” qərar olaraq xarakterizə edib.

Qeyd edək ki, bu qərar ölkənin cənubundakı Basilikata bölgəsində bir cütlük tərəfindən başladılan məhkəmə prosesi nəticəsində və gələcəkdə ailələrin övladlarının soyadı ilə bağlı problem yaşanmaması üçün verilib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.