DÜNYA


İtaliyada xarici dövlət nömrə nişanlı avtomobillərin sahibləri cərimələnə bilərlər

Roma, 12 noyabr, AZƏRTAC

İtaliya ərazisində xarici dövlət nömrə nişanlı avtomobilləri 60 gündən artıq idarə edən şəxslər cərimələnə bilərlər.

AZƏRTAC ANSA agentliyinə istinadla xəbər verir ki, bu barədə İtaliyanın nəqliyyat və infrastruktur naziri Danilo Toninelli bildirib. Onun sözlərinə görə, “Təhlükəsizlik haqqında” qanuna edilən bu əlavə sığorta ödənişlərindən və cərimələrdən yayınmaq üçün xarici dövlət nömrə nişanlı avtomobillərin idarə edilməsinin qarşısını almaq məqsədi daşıyır.

“Bəzi istisna halları nəzərdə tutulsa da, qanunu pozanlar yüksək məbləğdə cərimə ödəmək məcburiyyətində qalacaqlar. Qeydiyyata salınmayan avtomobillər hətta müsadirə oluna bilər”, – deyə D.Toninelli əlavə edib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.