DÜNYA


İtaliyada yeni avtomobillərin qeydiyyatı 9,7 faiz azalıb

İtaliyada yeni avtomobillərin qeydiyyatı 9,7 faiz azalıb

Roma, 27 aprel, AZƏRTAC

Mart ayında Avropa İttifaqının (Aİ) avtomobil bazarında satışlar əvvəlki ilin eyni dövrünə görə 24,9 faiz azalıb. Ay ərzində Aİ-də 153 min 553 yeni kommersiya nəqliyyat vasitəsi qeydiyyata alınıb.

AZƏRTAC xəbər verir ki, Avropa Avtomobil İstehsalçıları Birliyinin (ACEA) məlumatına görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə İtaliyada yeni avtomobillərin qeydiyyatı 9,7 faiz azalıb. Martda İtaliyada 18 min 753 yeni avtomobil satılıb.

Yanvar-mart aylarında Aİ-də avtomobil satışları əvvəlki ilin eyni dövrünə nisbətən 18,1 faiz azalaraq 411 min 97 olub.

Qitənin avtomobil bazarında satışlar ötən ilin iyul ayından bəri azalmaqdadır.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.