DÜNYA


İtaliyada yeni tədris ilinə start verilib

Bakı, 14 sentyabr, AZƏRTAC

Sentyabrın 14-də İtaliya məktəblərində səkkiz milyon şagird üçün tədris ilinə start verilib.

AZƏRTAC xəbər verir ki, koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar Avropada tədris prosesinə ən uzunmüddətli fasilə verən İtaliyada məktəblərin açılması həssas məsələyə çevrilib. Hökumət başçısı Cüzeppe Konti və Təhsil naziri Luçia Azzolina həftələrdən bəri normal tədris prosesinin bərpa olunmasını hökumət üçün ən yüksək prioritet olduğunu bəyan ediblər. Lakin ekspertlər və valideynlər məktəblərin pandemiya dövrü üçün yetərincə təchiz olunmasından əmin deyillər. Ortaya çıxan praktiki maneələr tədris zamanı qaydalara riayət olunmasını çətinləşdirə bilər. Belə ki, Təhsil Nazirliyinin təlimatına əsasən, məktəblərdə şagirdlərin sağlamlığını qorumaq üçün dərs zamanı şagirdlər arasında bir metr məsafə saxlanmalıdır və bunun üçün ölkə üzrə 2,4 milyon yeni təkadamlıq masa sifariş verilməlidir. Siniflər üzrə şagirdlərin sayının azaldılması və növbəli dərs rejiminə keçilməsi də ölkədə 20 min əlavə dərs otağına tələbat yaradıb. Digər problem isə şagirdlərin təlim-tərbiyəsi ilə məşğul olacaq müəllimlərin sayındadır, burada da 50 min müəllimə ehtiyac var.

İnfeksiyaya yoluxma hallarının qarşısını almaq üçün İtaliya məktəblərində hər gün 11 milyon maska paylanacaq və 170 min litr dezinfeksiya məhlulu istifadəyə veriləcək.

Qarşıdakı həftələrdə İtaliyada şagird və tədris heyətinin davranışı məktəblərin ciddi intizam altında fəaliyyət göstərəcəyinı və ya yoluxma ocaqlarına çevriləcəyini şərtləndirəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.