DÜNYA


İtaliyada yerli seçkilərin ikinci turu keçirilir

Roma, 26 iyun, AZƏRTAC

İtaliyada yerli idarəetmə orqanlarına seçkilərin ikinci turu keçirilir.

AZƏRTAC xəbər verir ki, iki həftə əvvəl keçirilən seçkilərin ilk turunda bələdiyyə sədri seçilməyən və 15 mindən çox əhalisi olan bələdiyyələrdə seçkilərin ikinci turu üçün səsvermə bülletenləri açılıb. Ümumilikdə 65 bələdiyyədə keçirilən seçkilərdə 2 milyondan çox vətəndaş səsvermə hüququna malikdir.

Xatırladaq ki, İtaliyada iyunun 12-də ümumilikdə 971 bələdiyyədə keçirilən qismən yerli seçkilərdə əsasən sağ mərkəzçi ittifaq qalib gəlib.

 
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.