DÜNYA


İtaliyada zeytun yağı istehsalı kəskin surətdə azalıb

Roma, 8 mart, AZƏRTAC

İtaliyada iqlim dəyişkənliyi nəticəsində ziyanverici həşəratların aktivləşməsi ölkədə yerli zeytun yağı istehsalının 57 faizədək azalmasına səbəb olub.

AZƏRTAC “telegraph.co.uk” saytına istinadla xəbər verir ki, ölkədə yaz aylarında qeyri-ənənəvi şaxtalar, yayda isə müşahidə edilən ekstremal quraqlıq məhsuldarlığı aşağı salıb.

Tədqiqatlar göstərir ki, ölkədə aprel ayına kimi zeytun yağı istehsalının tükənmək ehtimalı var. Alimlər ölkənin tezliklə İspaniya, Yunanıstan, Türkiyə və Tunisdən zeytun yağı idxal etmək məcburiyyətində qalacağını qeyd ediblər.

“Coldiretti” təşkilatının məlumatına əsasən, ötən il anomal hava şəraiti zeytun sektoruna təxminən 1 milyard avro dəyərində ziyan vurub.

Zeytun istehsalının 57 faiz azalması son 25 ildə baş verən ən arzuolunmaz haldır və bu, xüsusən də ölkənin cənubunda minlərlə müəssisəni təhlükə altına atıb.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.