SİYASƏT


İtaliyadakı icmamız beynəlxalq birliyə müraciət edib

İtaliyadakı icmamız beynəlxalq birliyə müraciət edib

Bakı, 27 yanvar, AZƏRTAC

Azərbaycan-İtaliya Birliyi və İtaliya Azərbaycanlıları Koordinasiya Şurası ölkəmizin İrandakı səfirliyinə xain hücumu hiddətlə pisləyib.

AZƏRTAC xəbər verir ki, beynəlxalq birliyə ünvanlanan bəyanatda yanvarın 27-də törədilmiş qanlı olay qabaqcadan hazırlanmış terror aktı kimi qiymətləndirilib.

İranın və Ermənistanın regionda insanlığa və beynəlxalq hüquq normalarına zidd davranışına diqqəti cəlb edən soydaşlarımız dünya ictimaiyyətini ədalətli mövqe tutmağa, regionda sülh və insanlıq əleyhinə yönələn cinayətlərə görə cavabdeh şəxslərin ən qısa zamanda məsuliyyətə cəlb olunması istiqamətində əməli addımlar atmağa çağırıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.