DÜNYA


İtaliyadan qədim yunan dövrünə aid oğurlanmış üç arxeoloji tapıntı geri qaytarılıb

Roma, 3 noyabr, AZƏRTAC 

İtaliyadan qaçaqmalçılıq yolu ilə aparılan qədim yunan dövrünə aid qalan üç arxeoloji tapıntı – yağlar və məlhəmlər üçün kiçik vaza, şərab qədəhi və xörək kasası axtarışlar nəticəsində tapılaraq ölkəyə geri qaytarılıb.

AZƏRTAC xəbər verir ki, həmin arxeoloji tapıntılar İtaliyanın Mədəni İrs, Fəaliyyət və Turizm Nazirliyinə təhvil verilib.

İtaliyanın ABŞ-dakı səfirliyində keçirilən tədbirdə bu barədə İtaliyanın mədəni irs, fəaliyyət və turizm naziri Alberto Bonizoli məlumat verib.

Tədbirdə İtaliya ilə ABŞ arasında arxeoloji tapıntıların qaçaqmalçılıq yolu ilə daşınmasına qarşı mübarizə sahəsində 15 illik tarixi olan əməkdaşlıq əlaqələrinin olduğu da qeyd edilib.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.