İtaliyalı həkimlər: COVID-19-un yeni simptomları müşahidə olunur
AzerTAg.az

Roma, 7 aprel, AZƏRTAC
İtaliyada COVID-19 infeksiyasının yeni simptomları müşahidə edilir və bu, həkimlərin narahatlığına səbəb olur.
AZƏRTAC xəbər verir ki, italiyalı həkimlər yeni simptomların COVID-19-un hansı ştamına aid olduğunu bilmədiklərini, virusun mutasiyası ilə bağlı şübhələrin yarandığını bildirirlər.
Gimbe Fondunun məlumatında isə qeyd olunur ki, martın 30-dan aprelin 5-dək olan həftədə İtaliyada COVID-19-a yeni yoluxma hallarında cüzi azalma müşahidə edilib. Lakin ölüm hallarında 10,1 faiz artım var və həftə ərzində 1049 nəfər virusun qurbanı olub. Hesabat dövründə ölkədə həm molekulyar, həm də antigen olmaqla 3,32 milyondan çox test həyata keçirilib. Testlərin pozitivlik nisbəti isə 13 faiz səviyyəsindədir.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Roma
Xəbərin mətnində orfoqrafik səhv var