SİYASƏT


İtaliyalı jurnalist: Gəncəyə hücum təkcə Azərbaycana deyil, bütün insanlığa qarşı cinayətdir

Gəncə, 1 avqust, Səlim Rəhimzadə, AZƏRTAC

Gəncədə dəhşətli dağıntıların şahidi oldum. Şəhər İkinci Qarabağ müharibəsi zamanı dağıntılara məruz qalıb və bu, məyusedicidir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri italiyalı jurnalist Emmanuel Pietrobon İkinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Gəncədə mülki insanlara qarşı həyata keçirdiyi raket hücumlarının səbəb olduğu cinayət səhnələri ilə tanışlıq zamanı deyib.

İtaliyalı jurnalist bildirib ki, Gəncə Azərbaycanın böyük şəhərlərindən biridir və müharibə bölgəsindən uzaq məsafədə yerləşir. Bu hadisə müharibə cinayətidir. Fikrimcə, onlar Azərbaycanı qıcıqlandırmaq üçün bu addımı atıblar. Gəncəyə hücum təkcə Azərbaycana yox, bütün insanlığa qarşı cinayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.