İtaliyalı menecer: Məhsulumuzun Azərbaycanın kənd təsərrüfatında öz bəhrəsini verəcəyinə ümid edirik
AzerTAg.az
Bakı, 19 may, AZƏRTAC
“İkaro X4” dünyada birinci hibrid robotdur ki, çaxır üçün nəzərdə tutulmuş üzüm bağlarında ultrafiolet işıqların vasitəsilə bitkinin özündə və onun yarpaqlarının üzərində olan mikrorqanizmləri məhv edə bilir və bu halda heç bir kimyəvi maddələrdən istifadə olunmur.
Bu sözləri Bakı Ekspo Mərkəzində 16-cı Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisində iştirak edən İtaliyanın “Maschid Gaspardo” şirkətinin departament meneceri Simon Skarabel AZƏRTAC-a müsahibəsində söyləyib.
Bildirib ki, bu robot avtomatik olaraq çalışır, insan olmadan hərəkət edir. Sahəni robota tanıtdıraraq cərgələr arasında hərəkət edir.
“Maschid Gaspardo” şirkətinin Azərbaycanda nümayəndəliyi uzunmüddətli işləyir. Bu, ilk dəfə sərgiyə gətirilən eksponatdır. Ümid edirik ki, “İkaro X4” robotu Azərbaycanın kənd təsərrüfatına da öz bəhrəsini verəcək”, - deyə menecer bildirib.


Xəbərin mətnində orfoqrafik səhv var