Azərbaycan Dövlət İnformasiya Agentliyi

SİYASƏT

İtaliyalı parlamentarilər Prezident İlham Əliyevi yubileyi münasibətilə təbrik ediblər

Roma, 24 dekabr, AZƏRTAC

İtaliyanın müxtəlif siyasi partiyalarının təmsilçisi olan çoxsaylı parlamentarilər Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi yubileyi münasibətilə təbrik ediblər.

AZƏRTAC xəbər verir ki, İtaliyanın Deputatlar Palatasının sədr müavini, “Yaşayan İtaliya” partiyasının sədri, deputat Ettore Rozatonun İtaliya mətbuatında dərc olunmuş təbrik mesajında deyilir: “2020-ci ildə rəhbərlik etdiyim İtaliya nümayəndə heyəti Qarabağ müharibəsindən sonra azad olunmuş və dağıdılmış ərazilərə səfər edən ilk xarici nümayəndə heyəti olub və həmin səfər vaxtı Prezident İlham Əliyevlə Bakıda keçirdiyimiz görüş hafizəmə həkk edilib. Bu görüş həm də uzun illərdir ölkələrimizi bir-birinə bağlayan möhkəm dostluq və əməkdaşlıq münasibətlərini gücləndirmək üçün bir fürsət idi. Bu möhkəm bağlar qarşılıqlı institusional səfərlərin həyata keçirilməsi ilə siyasi, iqtisadi və mədəni səviyyələrdə daha da güclənməkdə davam edir”.

İtaliya Senatının Xarici əlaqələr və emiqrasiya daimi komissiyasının sədri, “5 Ulduz Hərəkatı” partiyasının təmsilçisi, senator Vito Petroçelli Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edərək bildirir: Bu illər ərzində Prezident İlham Əliyev İtaliya ilə Azərbaycan arasındakı əlaqələri möhkəmləndirərək onları çoxölçülü strateji tərəfdaşlıq səviyyəsinə çatdırıb. Ölkələrimiz bütün sahələr üzrə ikitərəfli münasibətləri və çoxtərəfli müstəvidə əməkdaşlığı kəmiyyət və keyfiyyət baxımından daha da gücləndirə bilər. Əminəm ki, Prezidentin ölkəyə uzaqgörən rəhbərliyi uzunmüddətli perspektivdə Azərbaycanda və bütün Cənubi Qafqazda sülhün, sabitliyin, təhlükəsizliyin, davamlı inkişafın möhkəmləndirilməsində açar rolunu oynayacaq”.

İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun sədri, “Liqa” partiyasından olan senator Stefano Luçidi isə təbrik məktubunda isə deyilir: “Prezident İlham Əliyev İtaliyanın dostu və etibarlı tərəfdaşı olan bir ölkənin rəhbəridir. Əldə olunmuş sülhün Azərbaycan xalqına və bütün regiona daha yaxşı rifah və əmin-amanlıq gətirməsi arzusu ilə təbriklərimi izhar edirəm”.

İtaliya parlamentində İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sədri, “Liqa” partiyasından olan deputat Rossana Boldi təbrikində deyib: “Azərbaycan Prezidenti İlham Əliyevə hörmətimi, ölkəsində və bütün Cənubi Qafqazda sülhə və davamlı inkişafa tam şəkildə nail olması arzumu çatdırıram”.

İtaliya Senatının “5 Ulduz Hərəkatı” partiyasından olan üzvü, senator Canluka Kastaldi də dövlətimizin başçısını təbrik edən parlamentarilər arasındadır. O bildirib: “Bizi böyük dostluğun ifadəsi olan strateji tərəfdaşlığın birləşdirdiyi ölkənin Lideri, Azərbaycan Prezidenti İlham Əliyevə yubileyi münasibətilə ən xoş arzularımı çatdırıram. Onun Azərbaycana prezidentliyi dövrü ölkəsinin nail olduğu mühüm yüksəliş üçün həlledici oldu. Azərbaycanda sülhün bərqərar olmasını təmin edən ölkənin ərazi bütövlüyünün bərpası Prezident İlham Əliyevin uzaqgörənliyinin təcəssümüdür”.

İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Maria Rizzotti isə ürək sözlərini belə ifadə edib: “Adı ölkəsinin son illərdəki əsaslı yüksəlişi və İtaliya ilə möhkəm dostluqla bağlı olan Azərbaycan Prezidenti İlham Əliyevin yubileyi münasibətilə ona ünvanlanan təbrik mesajlarına qoşulmaqdan böyük məmnunluq hissi duyuram. Azərbaycanın ərazi bütövlüyünün bərpasından sonra həmin ölkəyə baş tutmuş ötənilki səfərim zamanı Prezident İlham Əliyevlə görüşmək imkanım oldu. Arzum budur ki, xalqlarımız və ölkələrimiz arasında dostluğun gücləndirilməsi üçün gələcək illərdə yeni imkanlar açılsın və artıq əldə edilmiş sülh bu gözəl diyarda daha da möhkəmlənsin”.

ATƏT-in Parlament Assambleyasında İtaliya nümayəndə heyətinin sədri, “Liqa” partiyasından olan deputat Paolo Qrimoldi təbrikində vurğulayıb ki, Azərbaycanla dostluq enerji böhranı yaşanan bir dövrdə heç vaxt indiki qədər vacib olmayıb.

Təbriklərə qoşulan Senatın komissiya sədri, “Yaşayan İtaliya” partiyasının təmsilçisi, senator Mauro Marino isə qeyd edib: “Azərbaycanın mühüm məqsədlərə çatmasına töhfə verən, ölkəsi ilə İtaliya arasında möhkəm dostluq əlaqələrinin dəstəkləyicisi olan Prezident İlham Əliyevə ən səmimi təbriklərimi və xoş arzularımı çatdırıram. Azərbaycana hər səfərim zamanı bu ölkənin sabitlik və tərəqqi yolu ilə necə irəliləməsinin, hər dəfə İtaliyaya daha da yaxınlaşmasının şahidi olmuşam. Əminəm ki, bu proses davam edəcək”.

İtaliya-Azərbaycan Parlamentlərarası Dostluq Assosiasiyasının sabiq sədri, senator Sercio Divina təbrikində bildirib: “İtaliya-Azərbaycan tərəfdaşlığı xüsusən də qlobal enerji böhranının tüğyan etdiyi dövrdə getdikcə daha strateji xarakter alır. Ölkələrimiz arasındakı münasibətlər getdikcə möhkəmlənir və bu, xüsusən də ölkəmizlə münasibətə hər zaman inamla yanaşan Prezident İlham Əliyevin uzaqgörənliyi sayəsindədir”.

İtaliya Senatının “İrəli İtaliya” partiyasından olan üzvü, senator Urania Papatheu təbrik ismarıcında qeyd edib: “Azərbaycan Prezidenti İlham Əliyevə yubileyi münasibətilə ən səmimi təbriklərimi çatdırıram. Bu, mühüm tarixdir. Prezident İlham Əliyev ölkəsi üçün çox mühüm bir rəhbərdir. Onun fəaliyyəti və uzaqgörənliyi sayəsində Azərbaycanla İtaliya arasında dostluğun möhkəmləndirilməsini arzulayıram. Azərbaycan, əslində, ölkəmiz üçün etibarlı, strateji tərəfdaşdır, əsas neft, qaz və enerji təchizatçımızdır. Prezident İlham Əliyevə ölkəsində əldə olunan sülhün Azərbaycan xalqına daha yaxşı rifah, sülh və əmin-amanlıq gətirməsini arzu edirəm”.

Parlamentarilərin təbrik mesajları İtaliyanın çoxsaylı kütləvi informasiya vasitələri, o cümlədən “Nova News”, “Insideover”, “Kmetro0”, “Agenparl”, “AGI”, “LaPresse”, “9Colonne”, “Eurasianews”, “Giornale Diplomatico” və sair kimi mətbu orqanları tərəfindən yayılıb.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Almaniya polisi insan qaçaqmalçılığına qarşı miqyaslı əməliyyat keçirir

Ramana qalasında Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibətilə tədbir keçirilib

Hərbi pilotlar təlim-məşq uçuşlarını yüksək peşəkarlıqla icra ediblər

Qərbi Azərbaycana qayıdışla bağlı konfrans keçirilib

Əfqanıstanda daşqınlar nəticəsində ölənlərin sayı 70-ə çatıb

Sinxron turnirdə 30 şahmatçı ilə oynayan yığmanın kapitanı: Avropada bu qədər maraq görmək məni çox sevindirdi

Spiegel: Almaniyada Rusiyaya casusluq edən iki nəfər saxlanılıb

Energetika naziri ABŞ-yə səfər edib

Paşinyan: İrəvanın sərhədlərin delimitasiyasından imtinası yeni eskalasiyaya gətirib çıxaracaq

XRİTDX rəisi rumınıyalı həmkarı ilə birgə əməkdaşlıq istiqamətində görüləcək işləri müzakirə edib

İndoneziyada vulkan püskürüb, sunami xəbərdarlığı elan olunub

Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabinetində müşavirə keçirilib

Elşən Qaraca “QGallery”də “Cəsur ürək” sərgisinin təqdim edir

Ölkəmizin Türkiyə və Moldovanın sosial müdafiə qurumları ilə əməkdaşlığı genişlənir

Azərbaycanın və Ukraynanın COP29 ilə bağlı əməkdaşlığı müzakirə edilib

Bulbul – Azərbaycanın unikal milli sosial şəbəkəsi

Pöhrələr boy atır...

Konfrans Liqası: “Fənərbağça” “Olimpiakos”la cavab görüşünə çıxacaq

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Üç ayda məcburi dövlət sosial sığorta üzrə daxilolmalarda 8,6 faiz artım qeydə alınıb

Bu ilin ilk rübü ərzində ƏƏSMN-də və qurumlarında 498 min vətəndaş qəbul edilib

"Xəzri"nin kapitanı: Finalda "Sərhədçi" ilə qarşılaşmaq daha yaxşı olardı

Azərbaycanın dayanıqlı su təminatına böyük töhfə ŞƏRH

Azərbaycan millisi İnkişaf turnirində iştirak edəcək

AzMİU Varşava Texnologiya Universiteti ilə əməkdaşlıq imkanlarını müzakirə edib

Azərbaycan millisinin kapitanı növbəti dəfə Macarıstan çempionu olub

Xorvatiya parlamentinə seçkilərdə Baş nazirin partiyası qalib gəlib

Azərbaycanda insan resurslarının idarə edilməsi üzrə yeni dövlət standartı qəbul edilib

Naxçıvanda ixrac olunan mallara verilən mənşə sertifikatlarının sayı artıb

Komitə sədri: Bədxassəli şişlərin əmələ gəlməsinin əsas səbəblərindən biri transyağlardır

® Sən də “Dəstək” ol!

Xaricidə işlə təmin etmək adı altında vətəndaşların pullarının ələ keçirilməsi faktı üzrə cinayət işi başlanıb

Gənc Tamaşaçılar Teatrı may repertuarını təqdim edib

Aprelin 21-də 46 mindən çox IX sinif şagirdi buraxılış imtahanı verəcək

FHN: Ötən sutka ərzində ikisi azyaşlı olmaqla 5 nəfər xilas edilib

Kənd Təsərrüfatı Nazirliyinin aparat rəhbəri Ağsuda vətəndaşların müraciətlərini dinləyəcək

® ABB-dən cəmi bir günə tender qarantiyası

Dünyanın ən yaxşı kameraya sahib telefonu HONOR Magic6 Pro tezliklə Azərbaycanda satışa çıxarılacaq

Azərbaycan ilə Pakistan arasında təhsil sahəsində əməkdaşlıq əlaqələri müzakirə olunub

Sumqayıt qatarını daşa basanlar müəyyən olunublar VİDEO

UNEC Bakı Dizayn Akademiyası ilə əməkdaşlıq edəcək

Bakı dairəvi avtomobil yolunun bir hissəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq VİDEO

Çerniqova raket hücumu nəticəsində ölənlərin sayı 18 nəfərə çatıb

Azərbaycan İqlim Fəaliyyəti üzrə Maliyyə Nazirləri Koalisiyası ilə fəal əməkdaşlıq etmək niyyətindədir

Elm və təhsil naziri: Regionlarda vətəndaşlara göstərilən xidmətlərin keyfiyyəti artıb

İspaniyada Azərbaycan mədəniyyəti təbliğ olunacaq

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Ekvadorda enerji böhranı səbəbindən iki gün iş dayandırılıb

İddiaçılar Turniri: Nicat Abasov Hindistan təmsilçisi ilə üz-üzə gələcək

İsveçdə kriminal şəbəkənin üzvünə məxsus üzük hərracda satılıb

Mədəniyyət nazirinin İmişlidə vətəndaş qəbulunun tarixi dəyişdirilib

IRENA Assambleyasının 14-cü sessiyasının ikinci günündə hansı məsələlər müzakirə olunacaq?

AQTA sədri: Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq

Binəqədi rayonunda yük maşını yolun kənarı ilə gedən qadını vurub

Ali Rada sədrinin müavini: Ukrayna Azərbaycanın humanitar töhfəsini yüksək qiymətləndirir

Salyan “ASAN xidmət” mərkəzində bir il ərzində 178 mindən çox müraciət qeydə alınıb

AQTA-nın auditorları 24 ölkənin ərazisində 349 müəssisədə qiymətləndirmə aparırlar

Evdən pul və qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs yaxalanıb

® “Kapital Bank”ın istiqrazlarının Bakı Fond Birjasında yerləşdirilməsi yekunlaşıb

Tahir Rzayev: Qida təhlükəsizliyini bir təşkilatla yekunlaşdırmaq düzgün deyi

Azyaşlı qıza hədə-qorxu gələrək qızıl-zinət əşyalarını talayan iki nəfər saxlanılıb

DİN: Ötən gün 2,3 kiloqramdan çox narkotik vasitə aşkarlanıb

Bakıda ümumşəhər iməciliyi və ağacəkmə aksiyası keçiriləcək

DİN: Ötən gün xeyli qanunsuz odlu silah aşkarlanaraq götürülüb

Əbu-Dabidə AYİB ilə yaşıl enerji tərəfdaşlığı müzakirə edilib

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə növbəti 2 ildə sədrliyi onun beynəlxalq nüfuzundan xəbər verir VİDEO

Dünya birjalarında neft bahalaşıb

Evdən musiqi alətləri oğurlayanlar saxlanılıblar

Azərbaycanın öz tarixi torpaqlarını qanun çərçivəsində azad etməsi ilə Asiyada bir konflikt azaldı

ABŞ Dövlət Departamenti AZƏRTAC-ın sorğusunu cavablandırıb

Kayrat Sarıbay: Azərbaycanın AQEM-ə sədrliyi dövründə uğurlu layihələr icra olunacaq VİDEO

Azərbaycanın iki gimnastı Dünya Kubokunda finala yüksəlib

Azərbaycan neftinin qiyməti ucuzlaşıb

DİN: Ötən gün cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb

Astara rayonunda avtoxuliqanlıq edən sürücü həbs olunub

Ölkədə qlobal ekoloji böhrana qarşı ciddi praktiki addımlar atılır - Açıqlama

Tariximizin qanlı səhifələrindən biri olan Başlıbel faciəsindən 31 il ötür

Binəqədi-Balaxanı şosesində yük avtomobili aşıb, sıxlıq yaranıb

Ağdamda minaatan qurğular aşkarlanıb

Bakının bir sıra yollarında sıxlıq müşahidə olunur - SİYAHI

Qırğızıstanda TikTok-a giriş qismən məhdudlaşdırılıb

18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günüdür

Cənubi Koreya bu il Ukraynaya 200 milyon dollar humanitar yardım edəcək

Tramp Nyu-Yorkda Polşa Prezidenti ilə görüşüb

Dövlət Departamenti: Biz Azərbaycan və Ermənistanın sülh səylərini qətiyyətlə dəstəkləyirik

Media: İsrail Pasxa bayramından əvvəl İrana qarşı cavab tədbirləri görməyəcək

Dekabrın 15-i Türk Dili Günü kimi qeyd edilə bilər

“Lufthansa” Avropada ən çox uçuş ləğv edən aviaşirkətdir

MDU Dubayda keçirilən Ali Təhsil Liderlik Forumunda təmsil olunur

Aİ: Ukraynaya təcili olaraq hava hücumundan müdafiə sistemləri verilməlidir

Netanyahu: Öz qərarlarımızı özümüz verəcəyik

İsveç Malmö polisi “Avroviziya-2024” ərəfəsində gücləndirilmiş təhlükəsizlik tədbirləri görür

Çempionlar Liqası: “Bavariya” və “Real Madrid” yarımfinalda qarşılaşacaq

Yunanıstanda qiymət artımına qarşı tətillər keçirilir

Blinken Çinə dörd günlük səfər edəcək

Tbilisidə etiraz aksiyasının iştirakçıları hökumət evinə qədər yürüş ediblər

BMT: Hindistan əhalisinin sayına görə Çini ötərək dünyada birinci yerdədir

Baş nazir: Gürcüstanda heç bir xarici qüvvə inqilab təşkil edə bilməz

Ali Məclisdə Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Parlament Assambleyasının baş katibi ilə görüş olub

ABŞ İsrailə dəstək üçün 26 milyard dollar vəsait ayırmağı nəzərdə tutur