İDMAN


İtaliyalı tennisçi: Bakıda idmançılar üçün bütün lazımi şərait yaradılıb

Bakı, 24 iyul, Şahnaz Abdullayeva, AZƏRTAC

Bir neçə ölkədə beynəlxalq yarışlarda olmuşam. “EYOF Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalı çox gözəl təşkil olunub. Qaldığım “Atletlər kəndi”, Bakı Tennis Akademiyasının yarışlar keçirilən açıq, məşqlər üçün qapalı kortları çox yaxşı hazırlanıb. Bakıda idmançılar üçün bütün lazımi şərait yaradılıb.

Bu fikri AZƏRTAC-a müsahibəsində Yay Olimpiya Festivalında yarışan italiyalı tennisçi Daniele Minighini deyib. O bildirib ki, yarışların nəticəsindən asılı olmayaraq Bakıdan öz ölkəsinə müsbət təəssüratlarla geri dönəcək.

“Artıq 1/8 oyunlar gedir. Yarışın çətinliyi hiss olunmağa başlayıb. Ümid edirəm ki, məşqlərim öz nəticəsini verəcək. Vətənimə əliboş qayıtmayacağam”, - deyə italiyalı tennisçi qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.