SİYASƏT


İtaliyanın “Askanews” xəbər saytında Azərbaycandakı tolerantlıqla bağlı reportaj yayılıb VİDEO

Bakı, 4 fevral, AZƏRTAC

İtaliyanın “Askanews” xəbər saytında Azərbaycandakı tolerantlıqdan bəhs edən reportaj yayılıb.

AZƏRTAC xəbər verir ki, videoreportajda Bakıda fəaliyyət göstərən dini konfessiyaların təmsilçilərindən müsahibələr də yer alıb.

Qeyd edilir ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri tolerantlıq şəraitində heç bir problemlə üzləşmədən yaşayırlar.

Reportajda Bakı Dağ Yəhudiləri dini icmasının rəhbəri Melih Yevdayevin Azərbaycanda müxtəlif dini konfessiyalara mənsub dini icmaların öz dini ayinlərini sərbəst şəkildə yerinə yetirmələri, ümumiyyətlə, tolerantlığın təşviqi istiqamətində görülən işlərlə bağlı fikirləri əksini tapıb. O deyib ki, bir çox ölkələrdən fərqli olaraq Azərbaycanda heç vaxt antisemitizmə rast gəlinməyib.

Reportajda Bakıdakı Heydər məscidində vəhdət namazının qılınması barədə də söhbət açılır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.